Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 18-də Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayellə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğu, münasibətlərimizin ümumi dəyərlər, ortaq tarix, din, dil əsasında uğurla inkişaf etdiyi diqqətə çatdırılıb.
S. Qafarova deyib ki, həm Azərbaycan, həm də Qazaxıstan müstəqil ölkə kimi zəngin dövlətçilik ənənələri üzərində qurulub və bu gün həmin ənənələrə əsaslanaraq, öz inkişaflarını davam etdirirlər.
Söhbət zamanı Azərbaycanla Qazaxıstanın beynəlxalq təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyi vurğulanıb.
Milli Məclisin sədri özünün Qazaxıstana, bu ölkənin Parlament Məclisinin sədri Yerlan Koşanovun isə ötən il Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb.
S.Qafarova qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsinin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə töhfə verdiyini qeyd edib.
Bildirilib ki, Milli Məclisin Qazaxıstanın Parlament Məclisi və Senatı ilə yüksək səviyyəli münasibətləri var. Tərəflər həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. Bu mənada, dostluq qruplarının uğurlu fəaliyyəti qeyd olunub.
Azərbaycanın əraziləri üzərində suverenliyini tam bərpa etdiyini xatırladan Milli Məclisin sədri bu uğuru həzm edə bilməyən bəzi dövlətlərin ölkəmizə qarşı qərəzli, ədalətsiz mövqeyinə toxunub, Fransanın son davranışlarında bunun aydın şəkildə göründüyünu deyib.
O, Fransa Senatının son qətnaməsini ikiüzlülüyün bariz nümunəsi adlandırıb. Bildirib ki, Fransa bu cür addımları ilə beynəlxalq hüququn normalarına və prinsiplərinə də açıq hörmətsizlik nümayiş etdirir.
Səfir Alim Bayel də ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluğunu bildirib, ikitərəfli münasibətlərin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:23 / 18.01.2024
Sahibə Qafarova: “Fransa Senatının son qətnaməsi ikiüzlülüyün bariz nümunəsidir”
Hazırda oxunan: Sahibə Qafarova: “Fransa Senatının son qətnaməsi ikiüzlülüyün bariz nümunəsidir”
Hazırda oxunan: Sahibə Qafarova: “Fransa Senatının son qətnaməsi ikiüzlülüyün bariz nümunəsidir”
174065
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.