Azərbaycanla İran arasında hərbi təhsil əməkdaşlığı müzakirə edildi – FOTO  

Azərbaycanla İran arasında hərbi təhsil əməkdaşlığı müzakirə edildi – FOTO  

Hazırda oxunan: Azərbaycanla İran arasında hərbi təhsil əməkdaşlığı müzakirə edildi – FOTO  

173939

Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru, milli təhlükəsizlik və hərb elmləri üzrə fəlsəfə doktoru, dosent, general-mayor Arif Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə İran İslam Respublikasının Ali Milli Müdafiə Universitetinin rəisi general-mayor, doktor İsmayıl Əhmədi Müqəddəmin dəvəti ilə bu ölkədə səfərdə olub. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İran Ali Milli Müdafiə Universitetində olub. Nümayəndə heyəti İran Ali Milli Müdafiə Universitetinin elm, tədris və kitabxana bazası ilə tanış olub, onlara təhsil müəssisəsinin fəaliyyəti haqqında brifinq təqdim edilib. 

Görüşdə elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin və bu cür görüşlərin zəruriliyi xüsusi vurğulanıb. 
Sonra Azərbaycan nümayəndə heyəti İran Müdafiə Nazirliyinin istehsal etdiyi hərbi məhsulların nümayiş olunduğu sərgi ilə tanış olub. 

Səfər çərçivəsində, həmçinin İran Ordusunun Komanda və Qərargah Universiteti, İran Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əməkdaşlıq İdarəsi də ziyarət edilib. 

Görüşlərdə ölkələrimiz arasında hərbi təhsil sahəsində maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. 



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO