Prezidentdən Səməd Seyidovla bağlı SƏRƏNCAM

Prezidentdən Səməd Seyidovla bağlı SƏRƏNCAM

Hazırda oxunan: Prezidentdən Səməd Seyidovla bağlı SƏRƏNCAM

173840

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Səməd İsmayıl oğlu Seyidov “Şöhrət” ordeni ilə təltif edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, 1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olan Səməd Seyidov Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəridir. 

O, 1981–1986-cı illərdə Leninqrad Dövlət Universitetinin (indiki Sankt-Peterburq Dövlət Universiteti) Psixologiya fakültəsində təhsil alıb. 1986-cı ildə Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib və Leninqrad Dövlət Universitetində fəlsəfə doktoru elmi dərəcəsi alıb. 

1986-cı ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 1994-cü ildə Psixologiya Doktoru elmi dərəcəsinə və daha sonra professor elmi dərəcəsinə yüksəlib.

1994–2000-ci illərdə Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru, 2000-ci ildən 2015-ci ilədək isə rektoru vəzifəsində işləyib.

İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO