“Başlayaq ondan ki, uşaq pulu verilməlidir, ya yox. Bununla bağlı siyasi partiyaların müxtəlif mövqeləri var. Məsələn, hakim partiya (YAP) əsaslandırmağa çalışır ki, uşaq pulu o ölkələrdə verilməlidir ki, orada uşaq sayı azdır və bu pul stimulaşdırıcı tədbir kimi ayrılmalıdır. Azərbaycan üçün isə vəsait azlığını səbəb gətirərək bundan imtina edir.
Amma müxalif partiyaların fikrincə, əgər uşaq dünyaya gəlirsə, ölkənin büdcəsi imkan verirsə, müxtəlif investisiya layihələrinə böyük sərmayələr yatırılır və şəffaflığı təmin etmək şərti ilə həmin pulları büdcəyə geri qaytarmaq olar. Həmin vəsait isə, uşaq pulu formasında ailələrə verilə bilər”.
Bunu Bizim.Media-ya açıqlamasında uşaq pulu ilə bağlı fikirlərini bölüşən ictimai fəal Bəxtiyar Hacıyev səsləndirdi.
İctimai fəal uşaq pulları ilə bağlı müxtəlif mövqeləri şərh edəndən sonra bildirdi ki, “son vaxtlar başlanan polemika isə kifayət qədər mənasız və əsassızdır.
Çünki bu polemikanı başladan partiya sadəcə olaraq öz mövqeyini ortaya qoya bilərdi ki; bəli, bizim mövqeyimiz ondan ibarətdir ki, sadəcə ikinci övladlara uşaq pulu verilsin. Bununla da məsələ bitərdi.
Amma REAL partiyasının rəhbərliyinin digər partiyaları ittiham edərək özlərini guya yeganə rəqəmlər səsləndirib əsaslandırılmış mövqe ortaya qoyan partiya kimi təqdim etməsi digər partiyaları qıcıqlandırdı və bu polemikanı başlatdı.
REAL partiyası deyir ki, biz rəqəmlərlə əsaslandırmışıq və təklif hazırlamışıq.
Sanki differensial tənlik həll ediblər, yaxud teorem isbatlayıblar. Əslində sadə və primitiv təklif irəli sürüblər. Bu riyazi təklifin olmasındansa, ümumi açıqlama versəydilər ki, biz də uşaq pulu verilməsini istəyirik, lakin tamamilə başqa formada – bütün uşaqlara yox, müəyyən qruplara. Belə mövqe daha məntiqli olardı və cəmiyyətdə böyük müzakirələrə səbəb olmazdı. Bu müzakirə qeyri-səmərəli və mənasız bir diskussiyadır.
Əsas hiss olunan odur ki, sanki kimlərsə bu mövzunu ortaya atmaqla ölkədəki daha real, ciddi problemlərin müzakirəsini unutdurmağa çalışırlar”.
Yəni kimlərsə gündəmi dəyişir?
“Təbii ki... Həmin vaxt kəsiyində bir partiya sədri durub I kurs tələbəsinin heç kurs işi səviyyəsində olmayan riyazi hesablama ilə təklif irəli sürür. Digər bütün partiyaları rəqəm səsləndirmədiklərinə görə populist adlandırır.
Təkliflərini elə təqdim edirlər ki, sanki NASA Marsa eniş üçün hesablamalar aparıb. Sadə bir hesablamadır və orada da böyük səhvə yol veriblər.
Bundan sonra isə digər partiyalar da reaksiya veriblər və gündəm müəyyən qədər də olsa öz ciddi istiqamətini dəyişib. Artıq kifayət qədər qeyri-ciddi bir mərhələyə gəlib çatıb”.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:30 / 10.04.2021
REAL partiyasının rəhbərliyi digər partiyaları qıcıqlandırdı – Bəxtiyar Hacıyevdən AÇIQLAMA
Hazırda oxunan: REAL partiyasının rəhbərliyi digər partiyaları qıcıqlandırdı – Bəxtiyar Hacıyevdən AÇIQLAMA
Hazırda oxunan: REAL partiyasının rəhbərliyi digər partiyaları qıcıqlandırdı – Bəxtiyar Hacıyevdən AÇIQLAMA
17356
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.