Prezidentdən Ramiz Əskərovla bağlı SƏRƏNCAM

Prezidentdən Ramiz Əskərovla bağlı SƏRƏNCAM

Hazırda oxunan: Prezidentdən Ramiz Əskərovla bağlı SƏRƏNCAM

173517

Azərbaycanda ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə Ramiz Baxşəli oğlu Əskərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, Ramiz Əskər 10 yanvar 1954-cü ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 

Bakı Dövlət Universitetinin (BDU) türk xalqları ədəbiyyatı kafedrasının müdiridir. Filologiya elmləri doktoru, BDU-nun professorudur.

Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair kitablar yazıb, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz dillərindən tərcümələr edib. 

Ramiz Əskərə 13 yanvar 2014-cü ildə Azərbaycan Respublikasının  prezidenti İlham Əliyev tərəfindən Şöhrət ordeni verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO