Sabahdan prezident seçkisinin təşviqat kampaniyası başlayacaq

Sabahdan prezident seçkisinin təşviqat kampaniyası başlayacaq

Hazırda oxunan: Sabahdan prezident seçkisinin təşviqat kampaniyası başlayacaq

173314

Sabah, yanvarın 15-də növbədənkənar prezident seçkisi ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.

Bizim.Media xəbər verir ki, fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.

Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6.Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

7.Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO