Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19 cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkili və keçirilməsinin təmin edilməsi məqsədilə sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, sərəncama əsasən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19 cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.
Sərəncama əsasən, Təşkilat Komitəsinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19 cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirməsi, əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin etmək və digər zəruri məsələlərin həlli üçün tədbirlər görmək həvalə olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:03 / 13.01.2024
COP29-un keçirilməsi ilə bağlı Təşkilat Komitəsi YARADILDI – SƏRƏNCAM
Hazırda oxunan: COP29-un keçirilməsi ilə bağlı Təşkilat Komitəsi YARADILDI – SƏRƏNCAM
Hazırda oxunan: COP29-un keçirilməsi ilə bağlı Təşkilat Komitəsi YARADILDI – SƏRƏNCAM
173218
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.