“Sosial mediada namizədlərə qarşı saxta xəbərlərin olacağı şəksizdir” – Rəşad Məcid 

“Sosial mediada namizədlərə qarşı saxta xəbərlərin olacağı şəksizdir” – Rəşad Məcid 

Hazırda oxunan: “Sosial mediada namizədlərə qarşı saxta xəbərlərin olacağı şəksizdir” – Rəşad Məcid 

172918

“Bizdə yeni sosial media vasitəsiləri yaranıb. Sosial mediada namizədlərə qarşı saxta xəbərlərin olacağı şəksizdir. Belə hallarda peşəkar media vaxtında öz münasibətini bildirməlidir”.

Bizim.Media xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib.

O, Azərbaycan medisının xeyli seçki təcrübəsi olduğunu bildirib.

Sədr 7 fevral seçkilərini ötən il Xankəndidə sancılan bayraq kimi önəmli hal olacağını qeyd edib:

"7 fevral tarixi bir müddətdən sonra Azərbaycan tarixinin ən əzəmətli, bayram kimi günlərindən biri olacaq".

Qeyd edək ki, Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti Seçkilərində fəaliyyətinin əsaslarına həsr edilən müşavirə Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilir.

Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO