Mediamızın artıq seçki məsələlərində böyük təcrübəsi var - Rəşad Məcid

Mediamızın artıq seçki məsələlərində böyük təcrübəsi var - Rəşad Məcid

Hazırda oxunan: Mediamızın artıq seçki məsələlərində böyük təcrübəsi var - Rəşad Məcid

172916

“Mediamızın artıq seçki məsələlərində böyük təcrübəsi var”.

Bizim.Media xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də bildirdiyi kimi, artıq yeni dövr başlayıb.
“Milli ideologiyaların yeni prinsipləri hazırlanmalıdır. Mətbuatımızın çiyninə də böyük yük düşür. Azərbaycan Prezidenti İlham Əliyev ötən gün jurnalistlərin əməyinə yüksək qiymət verdi. Buna görə təşəkkür edirik. Media əvvəlki illərdə olduğu kimi, xalqımızın tarixində əhəmiyyətli rol oynayacaq. MSK ilə Mətbuat Şurası arasında uzun illər əməkdaşlıq olub”, - deyə R.Məcid bildirib. 

Qeyd edək ki, Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti Seçkilərində fəaliyyətinin əsaslarına həsr edilən müşavirə Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilir.

Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO