“Namizədlərin təbliğatı üçün ayrılan pulsuz efir vaxtı həftədə 3 saatdan az olmamalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Audiovizual Şuranın icraçı direktoru İsmət Səttarov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, özəl televiziyalar seçkiqabağı yayıma məcbur edilə bilməzlər:
"Seçkiqabağı materialların efirə çıxması və nə zaman yayımlanması müvafiq seçki komissiyalarının iştirakı ilə püşkatma nəticəsində müəyyənləşdirilir".
Qeyd edək ki, Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti Seçkilərində fəaliyyətinin əsaslarına həsr edilən müşavirə Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilir.
Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:41 / 11.01.2024
Prezidentliyə namizədlərə nə qədər efir vaxtı ayrılacaq? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Prezidentliyə namizədlərə nə qədər efir vaxtı ayrılacaq? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Prezidentliyə namizədlərə nə qədər efir vaxtı ayrılacaq? – RƏSMİ AÇIQLAMA
172914
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.