“ABŞ Azərbaycanı qondarma dini azadlıq və ya tolerantlığın ciddi şəkildə pozulmasına görə “xüsusi müşahidə siyahısına” alması ilə sübut etdi ki, Azərbaycanla bağlı anlayışı yoxdur və bu ölkə islamofob, ermənipərəst mövqe tutur”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Ukrayna Milli Universitetinin “Kiyev-Mogilyan akademiyası”nın professoru, britaniyalı politoloq Taras Kuzio deyib.
“Azərbaycan ən tolerant İslam ölkəsidir”
Vaşinqtonun Azərbaycana qarşı din kartından istifadə etməsini qəbuledilməz hesab edən Kuzio, Azərbaycanın dünyaya tolerantlıq nümunəsi kimi təqdim edilməli olduğunu bildirib:
“Ölkəniz haqqında məlumatı olan hər kəs deyə bilər ki, Azərbaycan dünyanın ən tolerant İslam ölkəsidir. ABŞ absurd və qərəzli dözümsüzlük iddiaları ilə çıxış etmədən, Azərbaycanı digər müsəlman ölkələrinə nümunə kimi göstərməlidir.
Yaxın Şərqdə olduğu kimi, İran Azərbaycanda da ekstremist fanatikləri dəstəkləyir. İranın dəstəklədiyi ekstremist qruplar Azərbaycan qanunlarına görə sərt şəkildə cəzalandırılır. Buna görə Azərbaycanı dini dözümsüzlükdə ittiham etmək absurddur”, - deyə T.Kuzio əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media
- A-
- A
- A+
Siyasət
08:30 / 11.01.2024
Britaniyalı politoloq: “Azərbaycan dünyaya tolerantlıq nümunəsi kimi təqdim olunmalıdır” – ÖZƏL
Hazırda oxunan: Britaniyalı politoloq: “Azərbaycan dünyaya tolerantlıq nümunəsi kimi təqdim olunmalıdır” – ÖZƏL
Hazırda oxunan: Britaniyalı politoloq: “Azərbaycan dünyaya tolerantlıq nümunəsi kimi təqdim olunmalıdır” – ÖZƏL
172781
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.