“Tarixi qədimlik təsəvvürünə görə, ermənilərin Böyük Ermənistan hesab edilən həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Dağlıq Qarabağda yaşayan ermənilərə gəlincə, onların bir hissəsi aborigen olub, xristian dinini qoruyub saxlayan qədim albanların nəslindəndir. Bir hissəsi təqib və hücumlardan qurtarmaq üçün Azərbaycan torpaqlarında sığınacaq tapan İran və Türkiyə qaçqınlarıdır”.
Bizim.Media xəbər verir ki, bunu erməni tarixçi İşxanyan 1916-cı ildə nəşr olunan “Qafqaz xalqları” kitabının 18-ci səhifəsində yazıb.
MÖVZU İLƏ BAĞLI:
"Seçkiqabağı oynanılan partiya" – Paşinyan-Putin görüşünün PƏRDƏARXASI
Zori Balayan isə “Ocaq” dərcində qeyd edir ki, “1828-ci ildə məşhur «Türkmənçay» müqaviləsi, Qriboyedov və Abovyan, rus əsrgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı.
Təkcə son onillikdə (60-70-ci illərdə) Vətənə 200 mindən çox erməni köçüb”. Bu faktı isə sözügedən kitabın 120, 192 və 273-cü səhifələrində görmək olar.
Erməni yazıçı və alimi Nalbəndyanın araşdırmalarına görə, “erməni xalqı Dəclə və Fərat çaylarının yuxarı axarlarına söykənən ərazilərdə bərqərar olub''. Bu həqiqətə isə 1976-cı ildə nəşr olunan “Erməni ədəbiyyatı”nın 7-ci səhifəsində rast gəlmək mümkündür.
Dəqiq olan yeganə fakt isə odur ki, elə erməni müəlliflərinin də dediyi kimi, onlar Qafqaza Suriya, İran və Kiçik Asiya (Türkiyə) ərazisindən gəliblər.
Daha doğrusu, Azərbaycan ərazisinə Çar Rusiyası tərəfindən köçürülüblər. Bu səbəbdən də, Moskvanın ermənilər üçün dövlət qurmağı, onlara havadarlıq etməsi heç kimdə təəccüb doğurmurdu. Kreml nə biləydi ki, 2 türk dövlətinin arasında maneə, təhdid kimi yaratdığı Ermənistan sakinləri 2 əsr sonra Rusiyanın özünə problemlər yaradacaq...
Söhbət, ermənilərin Krasnodar diyarındakı planlarından gedir. Belə ki, həmin diyarın əhalisinin 6 faizə yaxınını ermənilər təşkil edir. 300 minə qədər krasnodarlı erməni özlərinə burada dövlət yaratmaq istəyirlər. Onların bu niyyətləri ruslara təhdid xarakteri də daşıya bilər.
Çünki Azərbaycan ermənilərin qondarma “Artsax” xülyasının üstündən xətt çəkdi.
Çox adama bəllidir ki, daşnaklar Soçini özlərinin ikinci paytaxtı adlandırır. Həmin şəhərdə olanlar da Soçidə ermənilərin daha çox yaşadığını bilir.
Qeyd edək ki, Krasnodar diyarının ən tanınan şəhərləri arasında Novorossiysk, Armavir, Anapa, Tuapse də var. Son günlər qabaran yeni erməni dövlətini “Armavel” adlandıranlar da mövcuddur. Yəni, ermənilər sözügedən “dövlət”i yaratsalar, Soçini həmin qondarma rejimə paytaxt edəcəklər.
Digər versiyada isə, qondarma rejimin adı “Krasnodar Erməni Respublikası” olacaq. Mərkəzi isə Soçi yox, Armavir şəhəri nəzərdə tutulub.
Xatırladaq ki, Ermənistanın özündə də Armavir şəhəri var. Bununla yanaşı, ermənilər Rusiyanın Armavir şəhərində terrorçu Njdenin abidəsinin sökülməsinə etiraz ediblər. Təsəvvür edin ki, ermənilər Armavirdə necə möhkəmlənibsə, özlərini Ermənistan Armavirindəki kimi aparırlar.
Yəni, Rusiyanın düşmən dediyi Njdeyə abidə ucaldırlar. Bu gün Rusiyada faşistlərə abidə ucaldanların sabah separatçı bayraq havalandırmasında isə qeyri-adi heç nə yoxdur.
Stavropol diyarı ruslardan sonra sayca ermənilərin ən çox məskunlaşdığı ikinci diyardır. 200 min qədər erməninin yaşadığı diyara Stavropolla yanaşı Pyatiqorsk, Kislovodsk, Yesentuki, Minvodı və başqa şəhərlər daxildir. Ermənilər Krasnodara aid Soçi və Armavirin ardınca Stavropol da daxil bu 5 şəhəri ələ keçirmək niyyətindədirlər. Adıçəkilən Rusiya şəhərlərində olanlar orada ermənilərin nüfuzuna bələddir.
Elə Rusiya rəsmiləri də ermənilərin bu regionlardakı hökmündən çəkinirlər. Yoxsa Kreml İrəvanın nazı ilə çox oynamazdı.
Hətta bəzi ekspertlərin fikrincə, sırf bu diyarların parçalanması hədəsi ilə üzləşən ruslar Qarabağın (1993) işğalında ermənilərə kömək etməyə məcbur olub.
Araşdırmanın nəticəsi olaraq onu demək olar ki, “ermənilər ağzının dadını bilir”. Çünki onların ələ keçirtmək istədiyi hər yer Qarabağ kimi turizm potensiallıdır.
Təsəvvür edin ki, Rusiyanın iki diyarını dağıtmaqla ermənilər rusları hansı fəlakətə məruz qoya bilərlər?
Əvvəla, konfliktlərdə vasitəçiliyə öyrəşmiş Rusiya ərazilərinin ilhaqı ilə üzləşəcək. Digər tərəfdən Moskva “Qazprom” və tikinti materiallarının gəlirinə möhtac qalacaq. Çünki Soçidən tutmuş, Yesentukiyə kimi bütün turizm üçün yararlı şəhərlər ermənilərin tam nəzarətinə keçə bilər.
Əlbəttə ki, bütün sadalananlar Rusiyada yaşayan ermənilərin Kremldən qorxmayaraq açıqladığı planlardır. Dünyanın ən iri dövlətinin 2 diyarının parçalanması isə hələki ehtimaldır.
Fərziyyənin real tərəfi ermənilərin qondarma rejim yaratmaq təcrübələridir. Bu işdə ustadlarına master klass göstərməkləri isə zamanın işidir.
Anar Rəhimov, Bizim.Media