Daria Qrevtsova ölkəmizə qarşı qərəzli hesabat hazırlayan Aşbaxyanla bağlı hansı faktları AÇIQLADI? – ÖZƏL 

Daria Qrevtsova ölkəmizə qarşı qərəzli hesabat hazırlayan Aşbaxyanla bağlı hansı faktları AÇIQLADI? – ÖZƏL 

Hazırda oxunan: Daria Qrevtsova ölkəmizə qarşı qərəzli hesabat hazırlayan Aşbaxyanla bağlı hansı faktları AÇIQLADI? – ÖZƏL 

172777

“Azərbaycanda bir sıra dini azlıqlar və bir çox dindən olan insanlar sülh içində yaşayırlar. Çünki Azərbaycan bu baxımdan multikultural və tolerant bir ölkədir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib. ABŞ Dövlət Departamentinin dini azadlıq və tolerantlığın pozulmasına dair qərəzli hesabatına Azərbaycanın adının daxil edilməsini şərh edən xanım Qrevtsova, burada erməni lobbisinin təsirinin olduğunu bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ hansı üzlə Azərbaycanı dini azadlıqların pozulmasında GÜNAHLANDIRIR? - TƏHLİL


“Azərbaycana qarşı dini ittihamlar tamamilə əsassızdır”

Xüsusən Daniella Aşbaxyanın “xidmətləri” sayəsində Bakıya qarşı qarayaxma kompaniyasının aparıldığını deyən analitik, ölkəmizə qarşı həqiqətə uyğun olmayan qərarın qəbul edildiyini deyib:

“Başa düşmək lazımdır ki, Azərbaycana qarşı irəli sürülən bu cür dini ittihamların hamısı əsassızdır. Bu, xüsusi bir siyasi proqramdır. Hansı ki, erməni lobbisi tərəfindən sifarişlə həyata keçirilir. Bildiyimiz kimi, erməni lobbisi Azərbaycana qarşı dini zorakılıq adı altında öz təbliğatını aparır. Məlumdur ki, erməni cəmiyyəti Azərbaycanı bu mövzuda tərifləməyəcək, əksinə, Azərbaycanın üzərinə gedib, qəsdən onu pisləyəcək.   

Sözügedən hesabatı isə Daniella Aşbaxyan adlı bir nəfər tərtib edib. Bu şəxs Amerikada erməni asambleyasının rəhbəri vəzifəzində işləyib. Daniella Aşbaxyan sözügedən sənədlərin üzərində işləyərkən onun əsas məqsədi Azərbaycanı bu mövzuda ittiham etmək olub”, - deyə D. Qrevtsova bildirib. 
“Roma Papası da Azərbaycandakı tolerantlığı yüksək qiymətləndirib”

Azərbaycanda dini azadlığa xüsusi önəm verildiyini deyə Qrevtsova, həm Roma Papasının, həm Patriarx Kirilin Azərbaycandakı tolerantlığa yüksək qiymət verdiyini diqqətə çatdırıb:  

“Biz dini baxımdan Azərbaycanda problemlərin olduğunu müşahidə etmirik. Bunun üçün Azərbaycanda böyük bir qurum mövcuddur və onlar müxtəlif istiqamətlərdə problemlərin olmaması üçün mühüm addımlar atırlar. Məncə, Azərbaycan dini tolerantlıq cəhətdən bir sıra ölkələr üçün örnəkdir. 

Müxtəlif zamanlarda biz fərqli dini icmaların rəhbərlərinin Azərbaycana səfərini müşahidə etmişik. Onlar burada olan bütün şəraitləri öz gözləri ilə görüblər. Biz istər Roma Papasından, istər Patriarx Kirildən və digər dini icmaların rəhbərlərindən Azərbaycanla bağlı müsbət rəylər eşitmişik. 
Buna görə də, ABŞ tərəfindən hazırlanan guya ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin hüquqlarının pozulması haqda sənədi ancaq siyasi bir sifariş kimi qəbul etmək olar. Sözügedən hesabatın Azərbaycanın adının ləkələnməsi üçün hazırlandığı şübhəsizdir”.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO