“Türkiyənin Şuşada hərbi qarnizonu olmalıdır” - TƏKLİF

“Türkiyənin Şuşada hərbi qarnizonu olmalıdır” - TƏKLİF

Hazırda oxunan: “Türkiyənin Şuşada hərbi qarnizonu olmalıdır” - TƏKLİF

17252

“Türkiyənin Şuşada hərbi qarnizonu olmalıdır. Bu, bir neçə səbəbdən bizim üçün vacibdir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan ordusu müharibədə qələbə qazanaraq Şuşanı azad etsə də, erməni separatizmi tarixi şəhərimizi “nə zamansa geri qaytarmaq” haqqında düşüncələrindən əl çəkən deyil:
 

MÖVZU İLƏ BAĞLI:

Elxan Şahinoğlu: “Azərbaycan təcili Rusiya səfirliyinə NOTA VERMƏLİDİR!”


“Şuşada ötən əsrin əvvəllərindən qısa fasilələrlə baş verənlər də bundan xəbər verir. Deməli, biz Şuşanı var gücümüzlə qorumalı və bir daha düşmən əlinə keçməsinə imkan verməməliyik.

Azərbaycan ordusuyla yanaşı Şuşada Türkiyənin hərbi qarnizonun varlığı bu şəhərin təhlükəsizliyini daimi edəcək. İkincisi, aydındır ki, Türkiyənin Şuşada hərbi qarnizon yaratması Ermənistan və Rusiyanı narahat edəcək. Həm İrəvan, həm də Moskva buna mane olmağa çalışacaqlar. Ancaq biz istəyəndən sonra Türkiyənin Şuşada hərbi qarnizonunu formalaşdırmağa heç nə mane ola bilməz”. 

Politoloq əlavə edib ki, Rusiyanın Azərbaycana qarşı təxribatları göz qabağındadır:
 

“Şuşaya atılan “İskəndər” raketlərindən tutmuş Xankəndidə rus hərbçiləri üçün artan modul yerləşim yerlərinə qədər “addımlar” görürük. Biz Rusiya hərbçilərinin müddətləri bitdikdən sonra Qarabağı tərk etməsini istəyirik".


Ancaq ruslarla ermənilər əllərindən gələn edəcəklər ki, bu, baş verməsin. Əgər onlar Şuşada Türkiyə hərbi qarnizonunun əleyhinədirlərsə, bu məsələnin həll yolu var:

"Rusiya və Türkiyə ordusu eyni zamanda Qarabağı tərk edirlər. Əks halda Rusiya hərbçiləri Qarabağda qalıcı olacaqlarsa, Türkiyə ordusu da Qarabağda, o cümlədən Şuşada qalıcı olmalıdır!”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO