Prezidentliyə namizədliyi təsdiqlənən iki şəxsin imza vərəqələri MSK-ya təqdim olunub

Prezidentliyə namizədliyi təsdiqlənən iki şəxsin imza vərəqələri MSK-ya təqdim olunub

Hazırda oxunan: Prezidentliyə namizədliyi təsdiqlənən iki şəxsin imza vərəqələri MSK-ya təqdim olunub

171776

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin müdafiəsi üçün toplanan 40 mindən artıq seçici imzaları Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.

Bizim.Media xəbər verir ki, imza vərəqələri tələb olunan sənədlərlə birlikdə MSK-ya təqdim edilib.

Qeyd edək ki, növbədənkənar prezident seçkilərində öz təşəbbüsü ilə namizədliyini irəli sürən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun müdafiəsi üçün toplanan 40 mindən artıq seçici imzaları da Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.
Xatırladaq ki, bu günədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib. Prezidentliyə namizədlər - Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülən Zahid Oruc,  Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli, Namizəd Səfərov və Əvəz Temirxandır.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO