Ukrayna İFLASIN ASTANASINDA – Qərb Kiyevi necə yarı yolda QOYDU?

Ukrayna İFLASIN ASTANASINDA – Qərb Kiyevi necə yarı yolda QOYDU?

Hazırda oxunan: Ukrayna İFLASIN ASTANASINDA – Qərb Kiyevi necə yarı yolda QOYDU?

171313

Qərb artıq deyəsən, Ukraynanı qurban verir. Belə ki, Ukraynaya yardımların azaldılması, hətta kəsilməsini istəyən qüvvələrin Qərb ölkələrində səsləri belə getdikcə artır. Onlar Ukraynaya ayrılan yardımların daha çox daxildə yerli əhaliyə sərf edilməsini qabartmağa başlayıblar. Bu fonda Avropa İttifaqı və ABŞ-ın Bayden adminstrasiyasının Kiyevə dəstək imkanları da istər-istəməz daralır. 

Belə ki, nə Aİ, nə də Bayden hökuməti Kiyevə növbəti dəstək paketini hələlik reallaşdıra bilməyiblər.

Belə bir vəziyyətdə savaşın davam etdiyi Ukraynada böhran daha da dərinləşir. 
Aydındır ki, Ukrayna Qərbin dəstəyi olmadan bataqlıqdan heç bir halda çıxa bilməyəcək. 

Əksinə, bu dəstəyin dayandırılması Ukraynanı böhran bataqlığının daha dərin qatlarına sürükləyəcək. Hansı ki, mövcud situasiya vəziyyətin hazırda məhz bu istiqamətdə getdiyini göstərir. 

Artıq Kiyev rəsmi şəkildə etiraf edib ki, Qərbin yardımları kəsilsə, Ukrayna hökumətinin ordunu saxlaya bilməməsi bir yana, 12 milyon vətəndaşa maaş və pensiya belə verə bilməyəcək.

“Ukrayna iflasın eşiyindədir”

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, Ukrayna aqrar və sənaye ölkəsi olaraq artıq iflas ərəfəsindədir:

“ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı Ukraynada apardığı müharibəni hərbi, siyasi, iqtisadi və informasiya baxımından uduzub. ABŞ son yüz ildə dəfələrlə müharibələri qarışdırıb, amma həmişə də özü sonda oyundan kənar qalıb. Vaşinqton bu dəfə də Rusiyanı çökdürmək istədi, amma görünən odur ki, alınmır. 

Ukraynanın taleyi artıq Qərb üçün maraqlı deyil. Mətbuata ötürülən son məlumatlara görə, Ukrayna Rusiya, Polşa, Rumıniya və Macarıstan arasında bölünəcək. Ortada kiçik bir Ukrayna qalır. İndiki vəziyyətdə Qərb iqtisadiyyatı özü belə çökür. Belə şəraitdə, Avropada çoxları Rusiya ilə münasibətləri yenidən bərpa etmək istəyir”. 

Ekspertin fikrincə, müharibə Ukraynanın məğlub olmasına doğru gedir:

“Yaranmış vəziyyətdə Ukrayna bütün sahələrdə uduzacaq. Ukrayna müharibəyə qədər taxıl, günəbaxan, qarğıdalı istehsalına görə, dünyada ilk üçlükdə idi. Artıq bunların hamısının üstündən xətt çəkilib. Əkinə yararlı torpağın bir hissəsi Rusiyanın nəzarətindədir. Kiyevin bu sahəyə əlavə sərmayə qoymaq üçün daxili imkanları yoxdur. 
Ölkə sənayesində əsas rol oynayan şərq əyalətlərinin bir hissəsi Rusiyanın nəzarətindədir. Yerdə qalan hissədə isə davam edən müharibə buna imkan vermir. Ölkə yeraltı sərvətlərindən də istifadə edə bilmir. Ukrayna aqrar və sənaye ölkəsi olaraq artıq iflas ərəfəsindədir. Yaranmış vəziyyətdə xaricdən dəstək olmasa, Kiyev əhalinin əmək haqları və pensiyaları verməkdə də ciddi çətinliklərlə üz-üzə qalacaq”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO