100 minlərlə icma üzvü seçkilərdə İlham Əliyevi dəstəkləyəcək - BƏYANAT

100 minlərlə icma üzvü seçkilərdə İlham Əliyevi dəstəkləyəcək - BƏYANAT

Hazırda oxunan: 100 minlərlə icma üzvü seçkilərdə İlham Əliyevi dəstəkləyəcək - BƏYANAT

171294

Dekabrın 29-da Qərbi Azərbaycan İcmasının (QAİ) növbədənkənar ümumi yığıncağı keçirilib.

Bizim.Media xəbər verir ki, ümumi yığıncaq 2024-cü il fevralın 7-də Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Əliyevin namizədliyinə dəstək mövzusuna həsr edilib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli fevralın 7-də keçiriləcək prezident seçkilərinin Azərbaycan Respublikasının tarixində mühüm hadisə olacağını qeyd edərək, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş və Qərbi Azərbaycana qayıdış məsələsini beynəlxalq gündəliyə gətirmiş Müzəffər Ali Baş Komandanın - Prezident İlham Əliyevin namizədliyinə dəstək ifadə edib.

Çıxışlardan sonra ümumi yığıncaq bəyanat qəbul edib. 

Bəyanatda amalı Azərbaycan dövlətinin güclənməsinə, xalqımızın firavanlığına xidmət etmək olan Prezident İlham Əliyevin Vətən qarşısında xidmətləri ilə mükəmməl vətəndaş, siyasi irsə sadiq lider və islahatçı dövlət xadimi kimi tanındığı vurğulanır və Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməklə Azərbaycan dövlətçilik tarixinə ən böyük töhfəsini verdiyi, bununla da keçmiş, indiki və gələcək nəsillər qarşısında misilsiz xidmətə imza atdığı bildirilir. 
Bəyanatda minlərlə məcburi köçkünü Qarabağa, Şərqi Zəngəzura geri qaytaran Müzəffər Ali Baş Komandanın Ermənistandan didərgin salınmış azərbaycanlıları sülh yolu ilə ana vətənləri Qərbi Azərbaycana qovuşduracağına dair əminlik ifadə olunur və Qərbi Azərbaycan İcmasında birləşən yüz minlərlə icma üzvünün gələn il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkilərində İlham Əliyevi dəstəklədiyi bəyan edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO