“İrəvanla Bakı arasında davamlı sülhə 2024-cü ilin ilk aylarında "3+3" platforması çərçivəsində nail olmaq olar. Ötən gün Azərbaycanın xarici işlər naziri ilə telefon danışığı apardım. Nazir Ceyhun Bayramovun bəyanatları Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmaq üçün səylərin davam etdirilməsindən xəbər verir”.
Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
Alen Simonyan: “İrəvan və Bakı arasında sülh heç vaxt bu qədər yaxın olmayıb”
Abdullahian qeyd edib ki, İran regionda sülh və stabilliyin kənar qüvvələrin müdaxiləsi olmadan təmin olunmasını istəyir:
“İran Cənubi Qafqazda sülhün bərqərar olmasını tam dəstəkləyir”.
Bizim.Media