Abdullah Ağardan Azərbaycanda ifşa olunan fransız agentləri ilə bağlı SENSASİON DETALLAR – ÖZƏL 

Abdullah Ağardan Azərbaycanda ifşa olunan fransız agentləri ilə bağlı SENSASİON DETALLAR – ÖZƏL 

Hazırda oxunan: Abdullah Ağardan Azərbaycanda ifşa olunan fransız agentləri ilə bağlı SENSASİON DETALLAR – ÖZƏL 

170979

 “Azərbaycan Fransa kəşfiyyatının son dərəcə əhəmiyyətli bir strukturunu ifşa etdi və onların qarşısını aldı”

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Türkiyənin terrorla mübarizə və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın iki diplomatı Azərbaycanda “persona-non-grata” ELAN EDİLDİ 


Fransa kəşfiyyatına Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən vurulan zərbəni şərh edən Ağar, Azərbaycanın xarici təhdidlərdən qorunmaq işinin öhdəsindən layiqincə gəldiyini qeyd edib:

“Azərbaycanın təhlükəsizliyinin qorunması ilə bağlı bir sıra mühüm məqamlar var. Ən birincisi Azərbaycanın dünyanın kilit nöqtəsində yer almasıdır. Hazırda qlobal miqyasda enerji, ticarət dəhlizləri ilə bağlı ciddi mübarizə gedir. Şimal-Cənub dəhlizi, Şərq-Qərb dəhlizi Azərbaycan torpaqlarından, Zəngəzurdan keçir. 

Cənubi Qafqaz Asiyaya açılan qapıdır. 

Ümumilikdə sözügedən coğrafiya olduqca önəmlidir. Qlobal və regional güclər Cənubi Qafqaza fokuslanıb. Həm də, Azərbaycan önəmli enerji qaynaqlarına sahiblik edir. Azərbaycan önümüzdəki 100 il üçün türk dünyasına xüsusi damğa vurub. Bütün sadaladığımız nüanslar Azərbaycanı təkcə diqqətin deyil, həm də təsirlərin mərkəzinə çevirir. 

Bu məqam, xüsusən xarici kəşfiyyat qruplarının və kəşfiyyatçıların koordinasiyalı fəaliyyət göstərməsinə səbəb olur. Həm siyasi, həm coğrafi, həm xarici kəşfiyyat qrupları Azərbaycan üzərində təsirli olmağa çalışırlar. 

Görünür ki, Fransa agentləri həm Azərbaycanı hədəfə alıblar, həm də Azərbaycanda mərkəz yaratmağa çalışıblar. Onlar Şərqi Avropanın bəzi ölkələrini, Gürcüstan və Moldova kimi ölkələri, eləcə də Asiya ölkələrini hədəf alan işlərə də imza atıblar. İfşa olunan şəbəkə Fransa üçün önəmli və gizli struktur idi. Belə bir şəbəkənin dağılması Azərbaycanın təhlükəsizlik qurumlarının effektiv fəaliyyətinin göstəricisidir”.

“İfşa olunan şəbəkə...”

Ağarın sözlərinə görə, fransız casuslarının ifşa olunması ilə Azərbaycan son dərəcə mühüm nüfuz və dəyər qazanıb: 

“Azərbaycan Fransa kəşfiyyatının son dərəcə əhəmiyyətli bir strukturunu ifşa etdi və onların qarşısını aldı. Bu, çox böyük uğurdur. Lakin eyni zamanda bizim nəticə çıxarmalı olduğumuz vacib olan bir dərsdir. Çünki Azərbaycan beynəlxalq güclər üçün böyük önəmə sahibdir. Buna görə də, xüsusi xidmət orqanları öz fəaliyyətlərini yüksək səviyyədə aparmağa davam etməlidirlər. Bu istiqamətdə qardaş Türkiyə ilə əməkdaşlıq mühüm əhəmiyyətə malikdir”. 

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO