“Rusiyanın S-400 raket sistemlərinin alınması ilə bağlı tətbiq edilən sanksiyalar Türkiyə və ABŞ münasibətlərinə mənfi təsiri olacaq. Lakin bunu birbaşa bu məsələ ilə əlaqələndirmək doğru olmazdı.
Tətbiq olunan sanksiyalara görə, Türkiyə əvvəllər də (ötən illərdə) bu kimi təyziqlərə məruz qalıb. Rəsmi Ankara hər zaman çalışır ki, Rusiya ABŞ-da daxil olmaqla digər dövlətlərlə yaxşı münasibətlərini qorumağa çalışır”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında ehtiyatda olan general-mayor Özgür Tör ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyadan danışarkən deyib.
Bundan əlavə o, qeyd edib ki, bu məsələ iki ölkə arasında mənfi təsirsiz ötüşməyəcək.
“Sanksiya Türkiyənin Yerli Müdafiə Sənayesinin hazırkı inkişafına mane olacağı istisna edilmir. Buna baxmayaraq, Türkiyə yerli müdafiə sisteminin inkişafı üçün əlindən gələni edəcək. Belə bir deyim var kiçik dənizdə üzməyi öyrənə bilməzsiniz”,- deyə o, bildirib.
General Türkiyənin ABŞ-ın ona qarşı bu addımını sanksiyadan daha çox xəbərdarlıq olaraq qəbul etdiyini də vurğulayıb.
“Sanksiyaya görə, ABŞ türkiyəli dörd şəxsə qadağa qoyub. Halbuki, o şəxslərin Amerikada sərvətləri yoxdur. Bu səbəblə də Türkiyənin bu məsələylə bağlı geri cavab olaraq bir addım atacağını düşünmürəm. Burada ən vacib məqam ABŞ Müdafiə Sənayesindən xam malın Türkiyəyə satışına qoyulan qadağadır. Qeyd edim ki, Türkiyəyə əvəllər də qeyri-rəsmi olsa da idxal və ixrac məsələlərində məhdudiyyətlər qoyulub. Ona görə də biz bunu xəbərdarlıq olaraq dəyərləndiririk”.
Söhbət əsnasında Özgür Tör son zamanlar erməni mətbuatında Bayden administrasiyasının qondarma erməni soyqırımını tanıyacağı haqqında dolaşan xəbərlərə də münasibət bildirib.
O, vurğulayib ki, ABŞ-da hər prezident seçkilərindən sonra bu barədə söz-söhbətlər gündəmə gəlir:
“Əgər Co Bayden dırnaq arası erməni soyqırımını tanıyarsa, Türkiyə ilə münasibətləri birmənalı şəkildə pozulacaq. Çünki erməni soyqırımıyla bağlı hər hansı bir tarixi fakt, rəsmi sənəd yoxdur. Bunu ABŞ tarixçiləri də daxil olmaqla bütün elm adamları birmənalı şəkildə bəyan edir.
Bundan başqa mən düşünürəm ki, Türkiyənin ABŞ-la münasibətlərinin stabil qalması üçün bizim İsrail lobbisi ilə münasibətlərimizin normallaşması vacibdir. Beləliklə, Türkiyənin İsrail lobbisi ilə müsbət əlaqələri bu tip arzu olunmaz qərarların verilməsini əngəlləyəcək”.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:14 / 07.04.2021
“Bayden dırnaqarası erməni soyqırımını tanıyarsa, Türkiyə ilə münasibətləri pozulacaq” – Türk generalı Özgür Tör
Hazırda oxunan: “Bayden dırnaqarası erməni soyqırımını tanıyarsa, Türkiyə ilə münasibətləri pozulacaq” – Türk generalı Özgür Tör
Hazırda oxunan: “Bayden dırnaqarası erməni soyqırımını tanıyarsa, Türkiyə ilə münasibətləri pozulacaq” – Türk generalı Özgür Tör
17085
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.