Milli Məclisdə Qərbi Azərbaycan İcmasının Bəyanatı qəbul edildi

Milli Məclisdə Qərbi Azərbaycan İcmasının Bəyanatı qəbul edildi

Hazırda oxunan: Milli Məclisdə Qərbi Azərbaycan İcmasının Bəyanatı qəbul edildi

170821

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələrinin Bəyanatı” müzakirəyə çıxarılıb.

Bizim.Media xəbər verir ki, bəyanat müzakirəyə çıxarılaraq qəbul edilib.

Bəyanatı Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli oxuyub.

Bəyanatda deyilir:

“Azərbaycanlılar indiki Ermənistan ərazisində əsrlər boyu yaşayıb. Orada yaşayan əhalinin əksəriyyəti azərbaycanlılardan ibarət olduğunu tarixi sənədlər və xəritələr sübut edir. Təəssüf ki, mərhələ-mərhələ etnik təmizləmə nəticəsində Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb. Ermənistan ərazisinin azərbaycanlılardan təmizlənməsi tam başa çatdırılandan sonra Azərbaycan torpaqlarının 20%-i işğal edilib”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO