Ermənistan diplomatiyası riyakarlığa son qoymalıdır - BƏYANAT

Ermənistan diplomatiyası riyakarlığa son qoymalıdır - BƏYANAT

Hazırda oxunan: Ermənistan diplomatiyası riyakarlığa son qoymalıdır - BƏYANAT

170719

"Ermənistan Xarici İşlər Nazirliyi iki ölkə arasında sülhün bərqərar olmasına qarşı çıxmaqda davam edir. Azərbaycanı “etnik təmizləmə”də günahlandıran Ermənistan xarici işlər nazirinin müavini “erməni mədəni irsi” ilə bağlı Qarabağa UNESCO missiyasının göndərilməsinə dair çağırış edib".

Bu barədə Bizim.Media-ya Qərbi Azərbaycan İcmasından məlumat verilib. 

"İlk növbədə, vurğulamaq istərdik ki, təxminən 30 illik bir dövrdə işğal edilmiş torpaqlarda Azərbaycan xalqının mədəni irsini dağıdan, təhqir edən və UNESCO missiyasının həmin ərazilərə göndərilməsinə mane olan Ermənistan olub.

UNESCO-nun fakt-araşdırıcı missiyası əsrlər boyu Azərbaycan xalqının yaratdığı zəngin mədəni irsin monitorinqi məqsədilə məhz Ermənistana göndərilməlidir.

Qərbi Azərbaycan İcması bu məsələni dəfələrlə qaldırıb. Lakin Ermənistan nəinki UNESCO missiyasına imkan vermir, hətta Azərbaycan xalqının mədəni irsinin mövcudluğunu belə danır.
Ermənistan diplomatiyası riyakarlığa və destruktiv fəaliyyətə son qoymalıdır", - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO