Prezident Ağdam şəhərində 4-cü  yaşayış kompleksinin təməlqoyma mərasimində - FOTO/VİDEO

Prezident Ağdam şəhərində 4-cü  yaşayış kompleksinin təməlqoyma mərasimində - FOTO/VİDEO

Hazırda oxunan: Prezident Ağdam şəhərində 4-cü  yaşayış kompleksinin təməlqoyma mərasimində - FOTO/VİDEO

170544

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq dördüncü yaşayış kompleksinin təməlinin qoyulması mərasimində də iştirak ediblər.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma yaşayış kompleksi barədə məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumi sahəsi 137 min kvadratmetr təşkil edən 1080, o cümlədən 36 birotaqlı, 363 ikiotaqlı, 484 üçotaqlı, 197 dördotaqlı mənzil olacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksi barədə videoçarxa baxıblar.

Qeyd edilib ki, yaşayış kompleksindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. Binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək.

Kompleksdə, həmçinin idman meydançaları, istirahət guşələri, uşaq oyun meydançaları, velosiped yolları və avtomobil dayanacaqları yaradılacaq.

Dövlətimizin başçısı Ağdam şəhərində dördüncü yaşayış kompleksinin təməlini qoyub.

 





Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO