Ərdoğan: “Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzu iftixarvericidir”

Ərdoğan: “Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzu iftixarvericidir”

Hazırda oxunan: Ərdoğan: “Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzu iftixarvericidir”

170532

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
 

MÖVZU İLƏ BAĞLI:

20 illik ZƏFƏR MARAFONU – İlham Əliyev xalqımızı qələbəyə necə apardı?


"Cənab Prezident, Əziz Qardaşım. Doğum gününüzü xalqım adından və şəxsən öz adımdan səmimi diləklərimlə təbrik edir, ailənizlə birlikdə Sizə cansağlığı və xoşbəxtlik dolu uzun ömür arzulayıram.

Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi nailiyyətlər və beynəlxalq miqyasda get-gedə artan nüfuzu bizim üçün iftixarverici hadisədir.

Türkiyə ilə Azərbaycan arasında “İki dövlət, bir millət” şüarına əsaslanan bənzərsiz qardaşlıq və həmrəylik telləri bu günə qədər olduğu kimi, gələcəkdə də münasibətlərimiz baxımından güclü bünövrə təşkil etməyə davam edəcək.

Dəyərli Qardaşım, bu fürsətdən istifadə edərək doğum gününüzü bir daha təbrik edir, Azərbaycan xalqının xoş günləri və rifahı üçün ən səmimi arzularımı ifadə edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO