Prezident seçkiləri ilə bağlı Azərbaycanın Gürcüstandakı səfirliyində seçki məntəqəsi yaradılacaq

Prezident seçkiləri ilə bağlı Azərbaycanın Gürcüstandakı səfirliyində seçki məntəqəsi yaradılacaq

Hazırda oxunan: Prezident seçkiləri ilə bağlı Azərbaycanın Gürcüstandakı səfirliyində seçki məntəqəsi yaradılacaq

170366

7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Gürcüstandakı Səfirliyində seçki məntəqəsi yaradılacaq.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciətində qeyd edilib.

"7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində bu ölkədə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində seçki məntəqəsi yaradılacaqdır.

Gürcüstanda daimi və ya müvəqqəti yaşayan, eləcə də uzunmüddətli ezamiyyətdə olan 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşlarının seçki siyahısına əlavə olunmaları məqsədilə cari ilin 29 dekabr tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinə müraciət etmələri xahiş olunur:
Azərbaycan Respublikası vətəndaşı seçki siyahısına əlavə edilməsi üçün, müraciət zamanı tam adını (adı, soyadı və ata adı), doğulduğu tarixi (gün, ay və il), qeydiyyatda olduğu və yaşadığı ünvan barədə məlumatı Səfirliyə təqdim etməsi zəruridir",- müraciətdə qeyd edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO