Rusiyanın bir sıra regionlarının rəhbərləri İlham Əliyevi TƏBRİK ETDİLƏR

Rusiyanın bir sıra regionlarının rəhbərləri İlham Əliyevi TƏBRİK ETDİLƏR

Hazırda oxunan: Rusiyanın bir sıra regionlarının rəhbərləri İlham Əliyevi TƏBRİK ETDİLƏR

170304

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və Sizə olan ən yüksək ehtiramımı qəbul edin.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, tərəqqi və nəzərdə tutduğunuz planların həyata keçməsində uğurlar diləyirəm.

İqtisadi cəhətdən firavanlaşan dövlətin inkişafı və Azərbaycan xalqının rifahının yüksəldilməsi istiqamətində fəaliyyətiniz Sizə təkcə doğma ölkənizdə deyil, həm də onun hüdudlarından kənarda böyük hörmət qazandırıb.

Azərbaycan Respublikası qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə, o cümlədən regionlararası səviyyədə həmişə Rusiya Federasiyasının strateji tərəfdaşı olub və bu, indi də davam edir. Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında yaranmış dostluq əlaqələrini yüksək qiymətləndirirəm və regionumuzla çoxplanlı qarşılıqlı faydalı münasibətlərin möhkəmləndirilməsinə dəstəyinizə görə Sizə səmimi-qəlbdən minnətdaram".

Bundan başqa Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov da ölkəmizin başçısını doğum günü münasibətilə təbrik edib.

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Həyatda baş verən hadisələr hər bir insanın taleyini müəyyən edir – böyük şair Rəsul Həmzətovun bu sözləri Sizin şəxsi taleyinizi, Vətənə xidmət üçün seçdiyiniz həyat yolunuzu tam şəkildə təsdiqləyir. Siz 20 ildən artıq müddətdə Azərbaycan Respublikasına rəhbərlik etməklə, atanız - görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin kursunu layiqincə davam etdirərək xalqınızın əsl liderinə çevrilmisiniz.

Bu illər ərzində müdrik və uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində böyük uğurlara imza atıb, beynəlxalq arenada qlobal gündəlikdəki məsələlərin həllində öz mövqelərini qətiyyətlə möhkəmləndirib.

Dağıstan çoxəsrlik mehriban qonşuluq və dostluq ənənələrini yüksək dəyərləndirir. Biz ürəkdən inanırıq ki, ümumi səylərimiz Dağıstan və Azərbaycan xalqları arasında dialoqun, qarşılıqlı etimadın bundan sonra da möhkəmlənməsinə şərait yaradacaqdır.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq diləyir, Yeni ildə ən xoş arzularımı çatdırıram", - deyə təbrik mətnində qeyd edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO