"Ağıllı olun, daha sərt açıqlamalar alarsınız..."

Hazırda oxunan: "Ağıllı olun, daha sərt açıqlamalar alarsınız..."

170225
Mənim son müsahibəmdən xeyli narahatlıq keçirənlər oldu. Hərə öz ağlı ilə tədbir görməyə çalışır. Söz oyunundan, mətbuatda, sosial mediada söz güləşdirməkdən xoşum gəlmir. Tərbiyəli və açıq siyasətin, ifadələri də bu çərçivədə işlətməyin tərəfdarıyam.İstər hakimiyyətin hansısa qrupunun, istərsə hər hansı xarici qüvvənin maliyyəsi, gizli göstərişləri əsasında fəaliyyət göstərən, dolanışığını təmin edən, sifarişlərini yerinə yetirən siyasi partiyaların da, media orqanlarının da fəaliyyətini ziyanlı hesab edirəm. Dövlətimizin və millətimizin maraqlarını hər şeydən üstün tuturam, bu maraqlara ziyan gətirən kimsənin göz yaşlarına belə baxmaram. Azərbaycanda reallaşdırılan, dünyada ölkəmizin imicinə ciddi zərbə vuran vitse-prezidentlik məsələsi ilə bağlı müxtəlif rəylər səsləndirildi. Heç kəsin regional mənsubiyyəti qabardılmadı, yalnız 3 nəfər Qərbi Azərbaycanlının adı çəkildi ki, onlardan ikisi öz adından, Əli Ömərov isə həm də başqaları adından danışmışdı. Məhz bu səbəbdən də sərt cavab aldı. İndi deyir ki, mən 90-95 faiz Qərbi Azərbaycanlının Mehriban Əliyevanın təyinatını dəstəklədiyini yox, danışdığım adamların 90-95 faizini demişəm və 10 adamlamı, 20 adamlamı, yaxud 1 adamlamı danışmışam bunu mən bilirəm. Əli Ömərov əvvəlan söz oynadır, nə dediyini və istədiyini çox yaxşı bilir, dolayı yolla keçəl həsən-həsən keçəl deyir, ikinci tərəfdən isə ictimai qınaqdan çəkinərək rəqəmləri 10, 20, və 1 rəqəmlərinə endirir. Daha sonra dolaşıq fikirlər söyləyir, Əli İnsanovun adını ortaya atır, Mehriban Əliyevanın güya onun azad olunması ilə bağlı rolundan ziddiyyətli fikirlər söyləyir, özünü ortaya atır və s. Məni məhkəmə ilə hədələyir. Özünün Baş prokurorluqdan azad olma səbəbini yazır ki, bunu Azərbaycan xalqı çox yaxşı bilir. Bax bunu tamamilə düz deyir. O biabırçılıqdan sonra... Əslində Heydər Əliyevin o hadisələrdən xeyli əvvəl onun kitabını bağlaması məsələsini isə mən bilirəm, sadəcə səsləndirməyi etik hesab etmirəm. Əgər Əli Ömərova maraqlıdırsa özü mənə müraciət edə bilər.xa0

Ən sonda, əsas diqqəti çəkən iki məqam var; Birincisi, mən müsahibəni "Hürriyət" qəzetinə verdiyim halda, hansı səbəbdən Ömərov "Moderator az" saytında cavab yazır, özü də ona aid olmayan məsələlərə də şərh verməyə çalışır. Yoxsa onu yönləndirirlər. Xoruzun quyruğu, məncə, görünür axı. Son abzasda Əli Ömərov deyir : "Elşad Musayev müsahibəsində qeyd edir ki, hakimiyyət daxilində qruplaşmalar var, Naxçıvan klanı ilə Paşayevlər klanı, nə bilim nə...Onda mən də belə düşünürəm ki, E. Müsayevə mənim haqqımda yalan məliumat verməyə M. Əliyevaya düşmən olan hakimiyyət daxılındəki hansısa qüvvə sifariş verib. Mən də onun açıqlamalarını bu cür başa düşürəm".xa0

Burada hüquq müstəvisinə çəkiləcək iki məqam var. Hansı sifariş və hansı hakimiyyətdaxili düşmən qüvvə? Toxunulmazlıq statusu olan, 1-ci vitse-prezidentə qarşı hakimiyyətdaxili düşmən qüvvə kimdir? Qoy hakimiyyət özü bunu araşdırsın. Amma bizim belə işlərlə uğraşmağa həvəsimiz və zamanımız yoxdur. Bizə kimsə sifariş verə bilməz, sifariş hakimiyyət qırıntısı ilə dolananlara verilir ki, bu sahə başqalarına aiddir. Əli Ömərov kimi adamlar mənim muhatabım deyil, amma bu tip adamlar həmişə olub, var, olacaq. Nəhayət, mən bu yazının niyə yazıldığını da, haradan qaynaqlandığını da, "Hürriyyət" ə verdiyim müsahibədən kimlərin sancılandığını da, kimlərin başqasının diliylə cavab vermə cəhdində bulunduğunu da çox yaxşı bilirəm. Ağıllı olun, daha sərt açıqlamalar alarsınız... Bu statusu cavab haqqı olaraq "Moderator az" saytının baş redaktoruna da göndərirəm.

Elşad Musayev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO