Səməd Seyidov Rusiya XİN başçısının müavinini qəbul edib - FOTO

Səməd Seyidov Rusiya XİN başçısının müavinini qəbul edib - FOTO

Hazırda oxunan: Səməd Seyidov Rusiya XİN başçısının müavinini qəbul edib - FOTO

170148

Dekabrın 21-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşüb.

Milli Məclisdən Bizim.Media-ya verilən xəbərə görə, Səməd Seyidov bildirib ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı hörmətə əsaslanan sıx münasibətlər mövcuddur. 

O qeyd edib ki, çoxəsrlik tarixə malik olan Azərbaycan-Rusiya münasibətləri ölkələrimiz arasındakı ənənəvi dostluq əlaqələrinə söykənir. Hər iki ölkə prezidentinin rəhbərliyi ilə dövlətlərimiz arasındakı strateji tərəfdaşlıq yeni səviyyəyə yüksəlib. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri də dinamik inkişaf edir və bu sahədə parlamentlərarası dostluq qruplarının xüsusi rolu var.
Səmimi görüşə görə təşəkkürünü bildirən Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Rusiya Azərbaycanla qarşılıqlı münasibətlərin inkişafında maralıdır. O, ölkələrimiz arasında mövcud olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin əhəmiyyətindən danışıb, ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığını yüksək qiymətləndirib. Qonaq 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatın bütün müddəalarının həyata keçirilməsinin və tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini qeyd edib. O, həmçinin Rusiya və Azərbaycan arasında parlamentlərarası münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Görüşdə Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər iştirak ediblər.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO