“Qarabağ və Şərqi Zəngəzur gələcəkdə ölkənin əsas turizm zonasına çevriləcək”.
Bizim.Media xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev Azərbaycan-Türkiyə investisiya forumu çərçivəsində keçirilən “Azərbaycanda sağlamlıq turizminin inkişafı perspektivləri” mövzusunda tədbirdə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilər sağlamlıq turizminin, ekoturizmin inkişafında böyük potensiala malikdir:
"Sağlamlıq turizmi turizm sektorunun ən sürətlə inkişaf edən formalarından biridir. Hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində turizm infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir. İşğaldan azad olunmuş ərazilər sağlamlıq turizminin, ekoturizmin inkişafında böyük potensiala malikdir. Təbii ehtiyatlar, iqlim şəraiti, tarixi irs bu ərazilərdə sağlamlıq turizminin inkişafı üçün unikal imkanlar yaradır. İnanıram ki, bu bölgənin turizm potensialı gələcəkdə ölkə iqtisadiyyatının inkişafına da öz töhfələrini verəcək, Qarabağ və Şərqi Zəngəzur bölgələri respublikanın əsas turizm zonasına çevriləcək”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:17 / 21.12.2023
Nazir: "Qarabağ və Şərqi Zəngəzur ölkənin əsas turizm zonasına çevriləcək"
Hazırda oxunan: Nazir: "Qarabağ və Şərqi Zəngəzur ölkənin əsas turizm zonasına çevriləcək"
Hazırda oxunan: Nazir: "Qarabağ və Şərqi Zəngəzur ölkənin əsas turizm zonasına çevriləcək"
170103
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.