“Ermənistanın xarici işlər nazirinin müavininin növbəti anti-Azərbaycan açıqlaması bir daha onu göstərir ki, daşnak təfəkkürlü erməni diplomatları iki ölkə arasında münasibətlərin normallaşdırılması perspektivindən qətiyyən məmnun deyil və müxtəlif təxribatçı açıqlamalarla prosesə mane olmağa çalışırlar”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının sözügedən açıqlama ilə bağlı bəyanatında yer alıb.
Bəyanatda qeyd olunub ki, nazir müavini “Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən təklif edilmiş prinsiplər əsasında sülh sazişini başa çatdırmaq istəmir” deməklə böyük yanlışlığa yol verir.
“Əvvəla, yalnız sülh danışıqları ilə bağlı Azərbaycan tərəfindən təklif edilmiş prinsiplər vardır. İkincisi, nazir müavini “beynəlxalq ictimaiyyət tərəfindən təqdim edilmiş prinsiplər” dedikdə 2023-cü ilin oktyabr ayında qəbul olunmuş Qranada bəyanatını nəzərdə tutursa, onda vurğulamaq istərdik ki, beynəlxalq ictimaiyyət yalnız Ermənistan, Fransa, Almaniya və Avropa İttifaqından ibarət deyil və Azərbaycanın iştirak etmədiyi bir görüşdə qəbul edilmiş hansısa sənədin onun üçün heç bir qüvvəsi yoxdur.
Erməni diplomatın Qarabağ ermənilərinin qayıdışı fikri ilə bağlı isə bildiririk ki, bu proses qarşılıqlı olmalı, Qərbi azərbaycanlıların da Ermənistana qayıdışı təmin edilməlidir”, - deyə İcmanın bəyanatında vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
00:24 / 21.12.2023
İcma: Daşnak təfəkkürlü erməni diplomatlar münasibətlərin normallaşdırılmasına mane olmağa çalışırlar
Hazırda oxunan: İcma: Daşnak təfəkkürlü erməni diplomatlar münasibətlərin normallaşdırılmasına mane olmağa çalışırlar
Hazırda oxunan: İcma: Daşnak təfəkkürlü erməni diplomatlar münasibətlərin normallaşdırılmasına mane olmağa çalışırlar
170013
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.