Mərkəzi Seçki Komissiyası (MSK) Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar Prezident seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı məsələni MSK katibi Arifə Muxtarova təqdim edib.
Qərarla YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndəsi təyin edilib.
Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.
Qərar müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:13 / 19.12.2023
Növbədənkənar Prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndələri qeydə ALINDI
Hazırda oxunan: Növbədənkənar Prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndələri qeydə ALINDI
Hazırda oxunan: Növbədənkənar Prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndələri qeydə ALINDI
169760
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.