“Qadın cinayətlərinin artmasında “TikTok”un böyük rolu var” – Siyavuş Novruzov 

“Qadın cinayətlərinin artmasında “TikTok”un böyük rolu var” – Siyavuş Novruzov 

Hazırda oxunan: “Qadın cinayətlərinin artmasında “TikTok”un böyük rolu var” – Siyavuş Novruzov 

169715

“Biz əsas üstünlüyü özəl sektorda çalışan qadınlara verməliyik. Dövlət məktəblərində, tibb müəssisələrində fəaliyyət göstərən qadınlarla bağlı məlumatlar bəllidir. Özəl sektorda çalışanlarla bağlı isə vəziyyət fərqlidir”

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

Deputat çıxışında qadın cinayətlərinin sayının artması məsələsinə də diqqət çəkib:

“Hazırda yol-nəqliyyat hadisələrindən sonra ölümlərin sayına görə ikinci yerdə qadın cinayətləri dayanır. Hər gün mətbuatda bununla bağlı xəbərlərə rast gəlirik. Mən araşdırma aparmışam, hər gün mətbuatda 2-7 qadının öldürülməsi faktına rast gəlirik. Orta hesabla ildə 1000-dən çox qadın öldürülür. 
Burada “TikTok”un, digər sosial şəbəkələrin rolu var. Bunun səbəbi araşdırılmalıdır. Əvvəllər şəhərdə qadın cinayətlərinə rast gəlirdiksə, indi rayon və kəndlərdə də belə hallar baş verir. Biri Rusiyadan qayıdır gəlir, gələn kimi də vurub arvadını öldürür. Ona görə də bu çox ciddi şəkildə araşdırmalıdır. Televiziya kanallarında belə halları tərənnüm edən serialların qarşısı alınmalıdır. ”, - deyə komitə sədri əlavə edib.

Murad Əhmədov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO