Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 4-ə çatıb.
Bizim.Media xəbər verir ki, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədiyini irəli sürüb.
Qeyd edək ki, dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.
Dekabrın 16-da isə Böyük Quruluş Partiyasının (BQP) Ali Məclisinin qərarı ilə partiya sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc da namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:06 / 17.12.2023
Azərbaycanda prezidentliyə namizədlərin sayı 4-ə çatdı
Hazırda oxunan: Azərbaycanda prezidentliyə namizədlərin sayı 4-ə çatdı
Hazırda oxunan: Azərbaycanda prezidentliyə namizədlərin sayı 4-ə çatdı
169416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.