İlham Əliyevin prezident seçkilərində namizəd olması ilə bağlı DEPUTATLARDAN AÇIQLAMA - VİDEO  

İlham Əliyevin prezident seçkilərində namizəd olması ilə bağlı DEPUTATLARDAN AÇIQLAMA - VİDEO  

Hazırda oxunan: İlham Əliyevin prezident seçkilərində namizəd olması ilə bağlı DEPUTATLARDAN AÇIQLAMA - VİDEO  

169153

Xəbər verildiyi kimi Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib. 

İclasda iştirak edən deputatlar Musa QuliyevHikmət Babaoğlu Bizim.Media ilə bu barədə fikirlərini bölüşüblər. 
 

MÖVZU İLƏ BAĞLI:

YAP İlham Əliyevin prezidentliyə namizədliyini İRƏLİ SÜRDÜ  


Deputat Musa Quliyevin sözlərinə görə qarşıdakı seçki müstəqil Azərbaycanın bütöv və suveren bir dövlət olaraq ilk seçkisi olacaq:

“Şərəfli gün yaşayırıq. Yeni Azərbaycan Partiyası öz liderinin namizədliyini irəli sürdü. Əslində YAP-ın deyil, bütövükdə Azərbaycan xalqının fikridir ki, bu, uğurlu, müvəffəqiyyətli qələbə yolunu cənab İlham Əliyevlə uzun müddət davam etdirək. Qarşıda böyük məqsədlər var. O məqsədlərə vaxtında çatmaq və daha tez problemləri həll etmək üçün cənab İlham Əliyevin yenidən mandatı lazım idi. Hesab edirəm ki, xalq da o mandatı növbəti seçkilər dövründə eşidəcək.

İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etdik. Cənab prezidentin qoyduğu böyük hədəflər ilk növbədə Şərqi Zəngəzurun və Qarabağın bərpa olunması, məcburi köçkün bacı-qardaşlarımızın yerlərinə qayıtması, Ermənistanla sülh müqaviləsinin imzalanması, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtma imkanlarının əldə olunması, Zəngəzur dəhlizinin açılması və Azərbaycanın dünyanın ticarət loqistika mərkəzlərindən birinə çevrilməsidir. İnşallah, növbəti 7 ildə sadaladığımız məqsədlərin hamısına çatacağıq”. 

Prezident İlham Əliyevin ölkədə yeni reallıqlar yaratdığını vurğulayan deputat Hikmət Babaoğlu qeyd edib ki, məhz bu nailiyyətlərin davam etməsi üçün Dövlət başçısının namizədliyi ilə bağlı qərar verilib:

“Bu, təkcə YAP-ın İdarə Heyətinin deyil, bütövlükdə Azərbaycan xalqının qərarıdır. Çünki Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edib, hər qarış torpağımızda suveren hüquqlarımızı bərqərar edib, dünyada və ölkəmizdə yeni reallıqlar yaradıb. Bu nailiyyətlərin və bu siyasətin davam etməsi lazımdır. YAP da, Azərbaycan xalqı da əmindir ki, dövlətimiz qarşısındakı çağırışları və vəzifələri ancaq cənab İlham Əliyev həll edə bilər. Buna görə də YAP yekdilliklə İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü”.
 


Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO