Azad edilmiş ərazilərin minalardan təmizlənməsində sülhməramlılar da İŞTİRAK EDƏCƏK

Azad edilmiş ərazilərin minalardan təmizlənməsində sülhməramlılar da İŞTİRAK EDƏCƏK

Hazırda oxunan: Azad edilmiş ərazilərin minalardan təmizlənməsində sülhməramlılar da İŞTİRAK EDƏCƏK

169074

Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlılarının komandanlığı ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Sülhməramlıların komandanlığı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının nümayəndələri arasında ərazinin birgə minalardan təmizlənməyə dair razılıq əldə olunması məsələləri ilə bağlı danışıqlar aparılıb”, - deyə məlumatda nazirliyin məlumatında qeyd edilib.
Eyni zamanda bildirilib ki, sülhməramlılar mülki əhaliyə münasibətdə təhlükəsizliyin təmini və humanitar qanunlara riayət olunması üçün Bakı ilə davamlı qarşılıqlı əlaqəni davam etdirirlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO