“Azərbaycan-Ermənistan münasibətlərindəki irəliləyiş Türkiyə ilə Ermənistan arasında normallaşmaya da müsbət təsir edəcək”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Bölgədə sülh və rifahın əldə olunmasına olduqca yaxınıq. Bu fürsətin mübət dəyərləndirilməsi üçün qardaş ölkə olan Azərbaycanla yaxın əməkdaşlığı davam etdirəcəyik”, - deyə nazir qeyd edib.
Bizim.Media