Ceyhun Bayramovdan Ermənistanın qoşunların sərhəddən geri çəkilməsi təklifinə CAVAB – VİDEO 

Ceyhun Bayramovdan Ermənistanın qoşunların sərhəddən geri çəkilməsi təklifinə CAVAB – VİDEO 

Hazırda oxunan: Ceyhun Bayramovdan Ermənistanın qoşunların sərhəddən geri çəkilməsi təklifinə CAVAB – VİDEO 

169029

"Azərbaycanın tarixində prinsipial yanaşma hər zaman bu olub ki, Azərbaycanın sərhədləri yalnız Azərbaycan əsgəri tərəfindən idarə oluna bilər. Burada üçüncü tərəfə yer verilə bilməz". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında deyib.  

“Azərbaycan-Ermənistan sərhədi delimitasiya olunmayıb. Bu, kifayət qədər mürəkkəb məsələdir. Tam razılaşma olmayan halda qoşunlar geri çəkirlərsə, kim zəmanət verə bilər ki, tərəflərin hər hansı biri yenidən həmin mövqeləri tutmayacaq? Qoşunların geri çəkilməsi ilə bağlı təklifin arxası da vardı və bu, Azərbaycan üçün qəbuledilməz idi. Bu gün Azərbaycan Ordusu Azərbaycan sərhədlərini qoruyur. Bu da məntiqlidir.

Azərbaycan Ordusu həmin sərhədlərə kiminsə xoş niyyəti, dəvəti ilə gəlməyib, Azərbaycan Ordusu 30 il sonra qan tökərək torpaqlarını azad edib, bu gün sərhədlərində dayanır. Bizim prinsipial yanaşma odur ki, Azərbaycan sərhədi yalnız Azərbaycan əsgəri tərəfindən qoruna bilər, üçüncü tərəfə həvalə oluna bilməz. Bu, Azərbaycanın suveren hüququdur. Bizim də Ermənistana tövsiyəmiz odur ki, bizim konstruktiv təkliflərimizə diqqət yetirsinlər. Bu halda məsələlər müsbət məcrada inkişaf edə bilər”. 
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO