"Bir ildə 54 milyon manatdan çox tibbi avadanlıq ALINIB" – Zaur Əliyev 

Hazırda oxunan: "Bir ildə 54 milyon manatdan çox tibbi avadanlıq ALINIB" – Zaur Əliyev 

168967

 "Keyfiyyətli tibbi xidmətin əsasında maddi-texniki bazanın mövcudluğu dayanır.  İnstrumental müayinələrin aparılması, mürəkkəb cərrahi prosedurların icrası üçün Agentlik tərəfindən 2022-2023-cü illər ərzində 54 milyon manatdan çox məbləğdə avadanlıq alınıb".

Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, icbari tibbi sığortadan əvvəl (2019-cu il) 45 milyon manat, icbari tibbi sığortadan sonra 2023-cü ilin 11 ayı ərzində 120 milyon manatdan çox məbləğdə dərman/tibbi sərfi alınıb: 
"Müasir tibbi avadanlıqların sayının artmasına göstərdiyimiz dəstək vətəndaşların sağlamlığının qorunmasına, vaxtında müayinə və müalicəyə cəlb edilməsinə yönəlib.  Vətəndaşların icbari tibbi sığorta çərçivəsində yaşadıqları yer üzrə fəaliyyət göstərən dövlət tibb müəssisəsində tibbi xidmət almalarına imkan yaradır. 

Avadanlıqlar müayinə zamanı yüksək keyfiyyətli görüntü əldə etməyə, xəstəliklərin dəqiq diaqnozunun təyininə, vaxtında aşkarlanmasına imkan verir. Avadanlıqlar əvəllər icrası mümkün olmayan xidmətləri dövlət tibb müəssisələrində mümkün edəcək. Qapalı və açıq cərrahi əməliyyatların icrasını asanlaşdıracaq. Sümük iliyi transplantasiyası əməliyyatının icra ediləcəyi dövlət tibb müəssisələrinin sayı artacaq".

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO