Moldova Respublikasının Prezidenti Mayya Sandu dekabrın 13-də bu ölkədə diplomatik fəaliyyətini başa vuran Azərbaycan səfiri Qüdsi Osmanovu qəbul edib.
Bizim.Media xəbər verir ki, Moldovanın dövlət başçısı görüşdə iki ölkə arasında əlaqələri yüksək qiymətləndirib, bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsinin və ticarət həcminin artırılmasının vacibliyini vurğulayıb.
Həmçinin, Prezident sentyabrın 15-də “Azərbaycan Hava Yolları” QSC-nin Bakı ilə Kişineu arasında birbaşa reyslərin açılmasını da alqışlayıb.
Mayya Sandu Kişineu və Bakı arasında əlaqələrin möhkəmlənməsində göstədiyi səylərə görə Azərbaycanın səfirinə təşəkkürünü bildirib və onu Moldova Respublikasının “Şərəf” ordeni ilə təltif edib.
Bizim.Media
![Azərbaycanlı səfir Moldovanın “Şərəf” ordeni ilə təltif edilib - FOTO Azərbaycanlı səfir Moldovanın “Şərəf” ordeni ilə təltif edilib - FOTO](https://bizim.media/file/articles/2023/12/13/1702479483_2.jpg)
- A-
- A
- A+
Siyasət
18:55 / 13.12.2023
Azərbaycanlı səfir Moldovanın “Şərəf” ordeni ilə təltif edilib - FOTO
Hazırda oxunan: Azərbaycanlı səfir Moldovanın “Şərəf” ordeni ilə təltif edilib - FOTO
Hazırda oxunan: Azərbaycanlı səfir Moldovanın “Şərəf” ordeni ilə təltif edilib - FOTO
168877
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.