MDB Azərbaycandakı prezident seçkilərinə müşahidə missiyası göndərəcək

MDB Azərbaycandakı prezident seçkilərinə müşahidə missiyası göndərəcək

Hazırda oxunan: MDB Azərbaycandakı prezident seçkilərinə müşahidə missiyası göndərəcək

168832

Müstəqil Dövlətlər Birliyi (MDB) 2024-cü ilin fevralında Azərbaycan və Rusiyada keçiriləcək prezident seçkilərinə, həmçinin Belarusda olacaq parlament və yerli seçkilərə öz müşahidəçilərini göndərməyi planlaşdırır. 

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə MDB-nin Baş katibi Sergey Lebedev bildirib. 

O qeyd edib ki, MDB-nin İcraiyyə Komitəsi bu seçkiləri müşahidə etməyə hazırlaşır. “Biz MDB-nin missiyasını hazırlamaq və onu bu seçkiləri müşahidə etmək üçün göndərməklə bağlı dəvət almışıq”, -deyə Sergey Lebedev vurğulayıb. 
Birliyin Baş katibi diqqətə çatdırıb ki, hazırkı məqamda müşahidəçi missiyasını göndərməklə bağlı yazılı dəvətnamə yalnız Bakıdan daxil olub. O əlavə edib: “Şifahi şəkildə dəvət almışıq, amma yazılı (dəvət-red.) təkcə Azərbaycandan daxil olub. Onlar seçkiləri hamıdan əvvəl keçirirlər”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO