"İlqar Məmmədov, sizin ixtiyarınız yoxdur ki, sizdən fərqli düşünənləri, uşaq pulu verilməsinin tərəfdarı olanları "yaramaz", "debil" adlandırasınız”.
Xəbər verdiyimiz kimi, bu sözləri Azərbaycan Demokratik Rifah Hərəkatının rəhbəri (ADR), iqtisadçı Qubad İbadoğlu ReAL partiyasının sədri İlqar Məmmədovun uşaq pulu ilə bağlı fikirlərinə cavab olaraq bildirib:
“Siz, İlqar Məmmədov, yaxşı olar ki, başqalarının ünvanına işlətdiyiniz "yaramaz" və "debil" ifadələrinə görə üzr istəyin, ondan sonra sizinlə uşaq pulu mövzusunda harda istərsinizsə, debat aparmağa hazıram. Amma öncə bu mövzuda mövqe qoyanların hamısından üzr istəyin!".
Qubad İbadoğlunun bu fikirlərinə cavab almaq üçün Bizim.Media olaraq ReAL partiyasının sədri İlqar Məmmədovla əlaqə saxladıq.
O, saytımızın suallarını cavablandırdı.
Qubad İbadoğlu vurğulayıb ki, hər il qapalı formada bölüşdürülən investisiya büdcəsinin, büdcə fondlarının şəffaflığını, hesabatlılığını, məmurların gəlir bəyannaməsini tələb edin. Bu barədə nə deyə bilərsiniz?
“Mən nəinki Azərbaycan mediasında, hətta beynəlxalq miqyasda neft gəlirlərinin şəffaflığı ilə bağlı dəfələrlə çıxış etmişəm. Həm də “Natural Resource Governce İnstitute” (Nyu-York) – Təbii Sərvətlərin idarə olunması İnstitutunun məsləhət şurasının üzvüyəm. Yəni neft gəlirlərinin şəffaflığı ilə bağlı davamlı fəaliyyətim var. Dəfələrlə SOCAR və digər dövlət müəssisələrinin şəffaflıq məsələsini qaldırmışam. Bu mövzularda tanındığıma görə beynəlxalq qurumun məsləhət şurasının üzvlüyünə seçilmişəm”.
Digər tərəfdən Qubad bəy sizi “debil” və “yaramaz” sözlərinə görə üzr istəməyə çağırıb. Ondan sonra isə sizinlə debata hazır olduğunu dilə gətirib. Üzr istəmək fikiriniz varmı? Və bu, baş verərsə, Qubad İbadoğlu ilə debata gedəcəksiniz?
Birincisi, istifadə etdiyim bütün ifadələr tamamilə doğrudur, dürüstdür. O sözlər həqiqəti əks etdirir. Dediyim odur ki, uşaq pulu şüarı məzmunsuz olanda ictimai müzakirələri debilləşdirir. Debilləşdirir sözü ingilis dilində “debilitate” zəiflətmək, yəni keyfiyyətini aşağı salmaqdır. İctimai müzakirələrin debilləşdirilməsinin tərəfdarı olanlar bu sözü başqa cür anlayıblarsa, özləri bilər. Söhbət, ictimai müzakirəni debilləşdirən şüardan, şüarçılıqdan gedir.
O ki qaldı, yaramazlara, bəli, o yaramazlar bizim millət vəkilinin (Erkin Qədirli) uşaq pulu məqaləsi ilə bağlı sözlərini kontekstdən çıxarıb başlığa qoyaraq partiyaya qarşı qara təbliğat aparırlar. Bununla isə ancaq yaramazlar məşğul ola bilər. Sözümün üstündə dururam. Mənim debatım isə, yalnız prezidentliyə iddialı olan şəxslə mümkündür. Bu, partiyanın siyasi komitəsinin qərar və tövsiyəsidir. Debatım studiyada bu iddiada olan partiya sədri ilə ola bilər. Əgər hakim partiyadandırsa, ya həmin partiyanın yüksək vəzifəlisi, ya da parlamentdə komitə sədri olmalıdır.
Bu meyarların heç birinə uyğun olmayan, xaricdə yaşayıb sadəcə “YouTube”dan nəsə danışanlarla debat siyasi komitə tərəfindən mənə məsləhət görülmür”.
ReAL partiyasını təmsil edən Erkin Qədirli millət vəkilidir və uşaq pulu məsələsinin parlamentdə qaldırılması gözlənilirmi? Qeyd edək ki, Qubad İbadoğlunun qardaşı Vüqar Bayramov da deputatdır. Nə əcəb o, öz qardaşından onu və əksər insanı narahat edən məsələnin parlamentdə qabardılmasını istəmir?
ReAL partiyası uşaq pulu məsələsini hesablamalarla daha da inkişaf etdirməyə çalışacaq. Payızda keçiriləcək büdcə müzakirələri zamanı bu mövzuya qayıda bilərik. Əlavə qanuna ehtiyac yoxdur. O ki qaldı, Vüqar Bayramovun bu məsələni parlamentdə qaldırmaması məsələsinə, bunu onun özündən soruşun.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:21 / 05.04.2021
İlqar Məmmədov Qubad İbadoğlunun CAVABINI VERDİ – “O ifadələr həqiqəti əks etdirir” – ÖZƏL
Hazırda oxunan: İlqar Məmmədov Qubad İbadoğlunun CAVABINI VERDİ – “O ifadələr həqiqəti əks etdirir” – ÖZƏL
Hazırda oxunan: İlqar Məmmədov Qubad İbadoğlunun CAVABINI VERDİ – “O ifadələr həqiqəti əks etdirir” – ÖZƏL
16872
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.