Sülh üçün TARİXİ FÜRSƏT – “Ermənistan istəsə də prosesə mane ola bilməyəcək”

Sülh üçün TARİXİ FÜRSƏT – “Ermənistan istəsə də prosesə mane ola bilməyəcək”

Hazırda oxunan: Sülh üçün TARİXİ FÜRSƏT – “Ermənistan istəsə də prosesə mane ola bilməyəcək”

168537

Azərbaycan və Ermənistan arasında hörmət əsasında normallaşma prosesi üçün perspektivlər formalaşsa da, hələ ki, durğunluq mərhələsi hökm sürür. 

Maraqlıdır, Ermənistan yenə dönük çıxacaq, yoxsa Azərbaycanın sülh təklifinə yaşıl işıq yandıracaq? 

Politoloq Tural İsmayılov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan cəmiyyəti Azərbaycanla sülhə hazırdır? – İşxan Verdyanla MÜSAHİBƏ 


O bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində çox böyük irəliləyiş var: 

“Azərbaycanın sülh istiqamətində atdığı qətiyyətli və inamlı addımlar qarşı tərəfin provokasiyalarına baxmayaraq, sülh prosesinin əldə edilməsinə böyük təkan verir. Təxribatlara rəğmən rəsmi Bakının qalib tərəf kimi diktə etdiyi şərtlər sülh müqaviləsinin imzalanacağı vaxtı bir qədər də yaxınlaşdırır”.

Politoloq vurğulayıb ki, sülh müqaviləsinin imzalanması üçün çox böyük işlər görülür:

“Bütün bu addımlar sülh prosesini bölgə üçün kifayət qədər əlçatan edir. Əlbəttə, Ermənistan tərəfi həmişə olduğu kimi, indi də bu prosesə mane ola biləcək işləri davam etdirir. Hesab edirəm ki, rəsmi İrəvan əlavə şərtlər irəli sürsə də, bu, ümumi durumu dəyişmək gücünə malik olmayacaq.  
Qarşı tərəf münasibətlərin normallaşmasına mane olan addımlarından əl çəkərsə, tezliklə sülh müqaviləsinin imzalanacağını gözləmək olar. Sonuncu birgə bəyanat tərəflər arasında qarşılıqlı etimad yaratmaq və gələcəkdə yenidən qonşuluq şəraitində yaşamaq üçün münbit şəraitin yaranmasına təkan verən amillərdən biridir”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO