Yaxın Şərqdə SAVAŞ BÖYÜYÜR – “Hizbullah”ın İsrailə hücumunun PƏRDƏARXASI 

Yaxın Şərqdə SAVAŞ BÖYÜYÜR – “Hizbullah”ın İsrailə hücumunun PƏRDƏARXASI 

Hazırda oxunan: Yaxın Şərqdə SAVAŞ BÖYÜYÜR – “Hizbullah”ın İsrailə hücumunun PƏRDƏARXASI 

168506

Atəşkəsdən sonra yenidən başlanan İsrail-HƏMAS qarşıdurması deyəsən daha geniş miqyas almağa doğru gedir. Belə ki, hərbi əməliyyatlara İranın maliyyələşdirdiyi “Hizbullah” da qoşulmaq istəyir. 

"Hizbullah"ın "Telegram" kanalında yerləşdirilən bəyanatında bildirilir ki, qruplaşmanın silahlı birləşmələri Livanla sərhəddə İsrail hərbçilərinin mövqelərinə hücum etmək üçün pilotsuz uçuş aparatlarından istifadə ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

“Görünən kəndə nə BƏLƏDÇİ?!” – HƏMAS-İsrail savaşının arxasındakı İRAN İZİ...


Bəyanatda qarşı tərəfin sıralarında itkilərin olduğu iddia edilir: 

"İslam müqaviməti pilotsuz təyyarələri İsrail ordusunun Yaar qəsəbəsindəki qərargahına və hərbi kazarmalarına hücum edərək bütün hədəfləri dəqiqliklə vurub". 

Livanla sərhəddən 2 km aralıda yerləşən Yaarda bu yaxınlarda İsrail qüvvələrinin əməliyyat qərargahı yaradılıb. “Al Mayadeen” telekanalının məlumatına görə, “şiə qırıcıları” pilotsuz təyyarənin hücumundan əvvəl İsrailin hava hücumundan müdafiə sistemlərinə müdaxilə ediblər. 

“Hizbullah”ın bu əməliyyatı fonunda görəsən, müharibənin gedişi necə dəyişəcək? 

Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirir ki, ABŞ donanmasının Aralıq dənizində olması fonunda “Hizbullah”ın İsral HƏMAS qarşıdurmasına qarışması ehtimalı inandırıcı deyil: 

“Atəşkəsin başa çatması ilə İsraillə HƏMAS arasında savaş yenidən başlayır. Məlum oldu ki, HƏMAS-ın əməlli başlı ordu sistemi varmış. Qruplaşmanın xarici ölkə istehsalı olan yaylım-atəş sistemləri var. HƏMAS İsrailə qarşı müharibədə həmin sistemlərdən istifadə edir. BMT Təhlükəsizlik Şurasında İsrailin atəşkəsi dayandırılması məsələsi gündəliyə çıxarılsa da, ABŞ-ın vetosu ilə bu məsələ ilə bağlı qərar qəbul edilmədi. Nəticədə müharibə yenidən alovlanır. 

İsrail ordusu yenidən HƏMAS-ın hərbi strukturlarına hücumlarını davam etdirəcək. Bir sözlə vəziyyət yenidən qarışır. Yaranmış vəziyyətdə “Hizbullah”ın İsrailə qarşı döyüşə başlaması isə mümkün görünmür.

Çünki bu onların məhvi demək olacaq. Belə ki, “Hizbullah”ın öz hərbi qüvvələrini işə salması ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərinin hərəkətə keçməsilə nəticələnəcək. Bu gəmilərdən “Hizbullah”ın mövqeləri qanadlı raketlərlə güclü atəşə tutulacaq. 

Amerika İran və “Hizbullah”a İsrailə qarşı hərəkət edəcəkləri təqdirdə, dərhal cavab verməli olacaqları xəbərdarlığını verib.

Ona görə də “Hizbullah”ın və ardınca digərlərinin də bu məsləyə qarışması ehtimalı olduqca azdır”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO