Vuçiç: “Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru bizim üçün çox vacibdir”

Vuçiç: “Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru bizim üçün çox vacibdir”

Hazırda oxunan: Vuçiç: “Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru bizim üçün çox vacibdir”

168352

Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru bizim üçün çox vacibdir. Prezident Radevin də qeyd etdiyi kimi, təchizatın şaxələndirilməsi Serbiya və Bolqarıstana daha çox alternativ imkanı verir. 

Bizim.Media xəbər verir ki, bu sözləri Serbiyanın Niş şəhərində Azərbaycanın media nümayəndələrinə müsahibəsində Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç söyləyib. 

O, həmçinin qeyd edib: 

“Bu, həm də Serbiyanın Niş, Dimitrovqrad, Bela Palanka və Pirot kimi mühüm şəhərlərinin enerji təhlükəsizliyini möhkəmləndirəcək. Bizim gələcəkdə 6 və ya 7 LNG terminalından qaz almaq imkanımız da olacaq ki, bu da Serbiyanın ümumi enerji təhlükəsizliyində mühüm rol oynayır”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO