Gürcüstan parlamentinin sədri Azərbaycana səfər EDƏCƏK 

Gürcüstan parlamentinin sədri Azərbaycana səfər EDƏCƏK 

Hazırda oxunan: Gürcüstan parlamentinin sədri Azərbaycana səfər EDƏCƏK 

168302

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərliyi ilə nümayəndə heyəti dekabrın 10-da Azərbaycana rəsmi səfər edəcək. 

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində Ş.Papuaşvili Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova və digər rəsmi şəxslərlə görüşəcək. 

Görüşlərdə ölkələrimiz arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri diqqət mərkəzində olacaq. 
Gürcüstan Parlamentinin sədri, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək. 

Səfər dekabrın 12-də başa çatacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO