“Ermənistanın işğalı altında qaldığı 30 il müddətində Azərbaycan ərazilərində çoxsaylı minalar basdırılıb. Bu, Ermənistanın hərbi cinayətlərinin nümunəsidir və Ermənistanın beynəlxalq öhdəliyinə ziddir”.
Bizim.Media-nın məlumatına görə, bunu bu gün ADA Universitetində 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezident köməkçisi minalardan danışdı – “Mülki əhalinin həyatına təhdiddir” - FOTO
Azərbaycan Prezidentinin köməkçisi deyib ki, Ermənistan tərəfi Azərbaycan tərəfinə minaların xəritəsini təqdim etmir:
“Ermənistan minalardan məqsədli şəkildə istifadə edərək bunu Azərbaycanın mülki əhalisinə yönəlib. Bu, etnik təmizləmənin bir təzahürüdür. Minalanmış ərazilərlə bağlı xəritələrin Ermənistan tərəfindən Azərbaycana verilməməsi etibarlı əməkdaşlığın qurulmasına mane olur.
Minalar Azərbaycanın məhsuldar torpaqlarında yayılıb və bu da Azərbaycanın dayanıqlı inkişafına mane olur”.
Bizim.Media