“Azərbaycan qlobal səylərə töhfə verməyə tam sadiqdir və iqlimə təsirlərin azaldılması üzrə fəaliyyətlərdə fəal iştirak edir. Bu fəaliyyətlərə ümumi elektrik enerjisi qoyuluşunda bərpa olunan enerji mənbələrinin payının əhəmiyyətli dərəcədə artırılaraq 2030-cu ilə qədər 30%-ə çatdırmağı hədəfləyirik. Biz həmçinin enerji səmərəliliyinin artırılması, aşağı emissiyalı nəqliyyata keçid, şəhər nəqliyyatında innovativ həllər, sənayedə aşağı karbonlu təmiz texnologiyaların tətbiqi, tullantıların idarə edilməsinin təkmilləşdirilməsi və meşələrimizin artırılması üzrə tədbirlər həyata keçiririk”.
Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Kofransının 28-ci Sessiyasının 9 dekabr tarixinə olan gündəliyində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, qlobal istixana effekti yaradan qazların emissiyalarının cəmi 0,15%-i ölkəmizin payına düşür:
“Buna baxmayaraq emissiyaları azaltmaq üzrə ölkəmiz iddialı hədəflər qəbul etmişdir. Ssenarilərə uyğun olaraq qlobal istiləşməni 1,5 dərəcə daxilində saxlamaq məqsədilə, 1990-cı il ilə müqayisədə istixana effekti yaradan qazların emissiyalarının 2030-cu ilə qədər 35% azaltmağı hədəf götürmüşük.
Bununla yanaşı, biz bu il Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrimizi (NDC) yeniləyərək 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyalarının 40% azaldılması olmaqla daha uzunmüddətli hədəf qoymuşuq”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:36 / 09.12.2023
Muxtar Babayev: “Azərbaycan qlobal səylərə töhfə verməyə tam sadiqdir”
Hazırda oxunan: Muxtar Babayev: “Azərbaycan qlobal səylərə töhfə verməyə tam sadiqdir”
Hazırda oxunan: Muxtar Babayev: “Azərbaycan qlobal səylərə töhfə verməyə tam sadiqdir”
168270
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.