Uzunmüddətli strategiya üçün növbədənkənar seçkilər - VİDEO

Uzunmüddətli strategiya üçün növbədənkənar seçkilər - VİDEO

Hazırda oxunan: Uzunmüddətli strategiya üçün növbədənkənar seçkilər - VİDEO

168163

Azərbaycanın informasiya meydanında gələn il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlər yayılıb.

Bizim.Media xəbər verir ki, “Caliber”in “Youtube” kanalında mövzu ilə bağlı material yayımlanıb.

Qeyd edilib ki, Konstitusiyaya əsasən növbəti seçkilər 2025-ci ildə keçirilməli idi. Təbii ki, növbədənkənar istər parlament, istər prezident, istərsə də bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı hər bir qərarın arxasında ciddi səbəb və bir çox amillər dayanır. 

Təbii ki, yerləşdiyi qitədən, dünya iqtisadiyyatında və geosiyasətində nüfuzundan, yeni siyasi sistemin seçimindən asılı olmayaraq, istənilən ölkədə istənilən dövlət başçısı maraqlı olmalıdır ki,  səlahiyyət müddətinin sonuna kimi çatsın, yalnız bundan sonra ya yeni seçkilərdə namizədliyini yenidən irəli sürsün.
Dünya təcrübəsində ölkə rəhbərinin öz qərarı ilə vəzifəsində qanunla ona ayrılan vaxtın tez başa çatdığını elan etməsinə dair çox az misal var. Prezident İlham Əliyevin dünənki qərarı Azərbaycanı da məhz belə nadir nümunələr sırasına əlavə etdi.

Daha ətraflı videomaterialda:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO