Azərbaycanlı deputatlar Türkiyəyə gedirlər

Azərbaycanlı deputatlar Türkiyəyə gedirlər

Hazırda oxunan: Azərbaycanlı deputatlar Türkiyəyə gedirlər

168152

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Əziz Ələkbərov, Nizami Cəfərov, Naqif Həmzəyev, Cavanşir Feyziyev, Anar İsgəndərov və deputat Ramin Məmmədov dekabrın 11-də Türkiyənin Ankara şəhərinə səfər edəcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrımın dəvəti əsasında baş tutacaq səfər çərçivəsində deputatlar öz həmkarları ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Səfər dekabrın 15-də başa çatacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO