Putin və Rəisinin 5 saatlıq MÜZAKİRƏSİ – Regionu nə GÖZLƏYİR?

Putin və Rəisinin 5 saatlıq MÜZAKİRƏSİ – Regionu nə GÖZLƏYİR?

Hazırda oxunan: Putin və Rəisinin 5 saatlıq MÜZAKİRƏSİ – Regionu nə GÖZLƏYİR?

168100

Xəbər verdiyimiz kimi, Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisinin Kremldə 5 saatlıq görüşü olub. Onlar bir çox məsələləri müzakirə ediblər. Xüsusilə də, regionda və qlobal miqyasda cərəyan edən proseslər fonunda iki liderin saatlarla davam edən dialoqu mühüm əhəmiyyət kəsb edir. 

Maraqlıdır, bu görüşdən sonra hansı addımlar atıla bilər?

Bizim.Media-nın əməkdaşı mövzu ilə bağlı siyasi ekspert Vüqar Zifəroğlunun fikirlərini öyrənib.

O qeyd edib ki, Rusiya və İran bir çox məsələdə vahid mövqedən çıxış edirlər: 

“Rusiya və İran danışıqlarında ənənəvi gündəm olur. Regionda baş verən proseslər, ticari münasibətlər, Yaxın Şərq və s. məsələlərlə bağlı bu iki ölkə arasında məsləhətləşmələr aparılır, danışıqlar həyata keçirilir. Görüşün 5 saatdan artıq davam etməsi sübut edir ki, əsasən, İsrail-Fələstin münaqişəsi və eyni zamanda Qərblə münasibətlər məsələsinin gündəmdə olması ehtimalı çox böyükdür. 

İstisna etmək olmaz ki, yaxın zamanlarda biz bu iki ölkənin hansısa proseslər ilə bağlı vahid mövqedən çıxış etməsinə şahid olaq. Burada maraqlı məqam görüşün hansı proseslərin fonunda baş verməsidir. 
Türkiyə-İran münasibətləri məsələsində də Rusiyanın bu və ya digər dərəcədə mövqe uzlaşdırmasına çalışması ilə bağlı bir vasitəçilik missiyasını yetirməsi barədə ehtimal yürütmək üçün əsaslar var. Çünki İsrail-Fələstin məsələsi ilə bağlı Türkiyə və İran arasında fikir ayrılıqları var. İlk növbədə bu, ikili dövlət prinsipi ilə bağlı məsələdir. 

Rusiya bu iki ölkə arasında vasitəçilik yerinə yetirərək mövqelərin uzlaşdırılması ilə bağlı danışıqlar apara bilər.

Digər bir məqam Rusiya və İran arasında genişlənən hərbi əməkdaşlıqla bağlı məsələdir. Hətta informasiya da var idi ki, yaxın zamanlarda Rusiya, Çin və İranın birlikdə hərbi dəniz təlimlərinin keçirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, İranın Rusiya istehsalı olan silahları əldə etmək niyyəti də mövcuddur. Qısası, bu iki ölkə arasında ciddi gündəm masası var”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO